BAKI, 15 dekabr. TELEQRAF

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.

Məlumata görə, dekabrın 13-də və 14-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 1 pulemyot, 3 tapança, 2 qumbara, 14 tüfəng, 30 patron darağı və 590 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.