BAKI, 15 dekabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski cəbhədə Ukrayna Silahlı Qüvvələrini yekun məğlubiyyətə aparmaq təhlükəsi ilə üzləşə bilər.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a İsveçrə Silahlı Qüvvələri Baş Qərargahının istefada olan polkovnik-leytenantı Ralf Bosşard bildirib.

Onun sözlərinə görə, Zelenski danışıqların qaçılmaz olduğunu dərk edir və bu prosesdə müəyyən uğurlar nümayiş etdirməyə çalışır.

Bosşard qeyd edib ki, Ukrayna lideri hazırda bütün riskləri bir kart üzərinə qoymaq cazibəsi ilə üz-üzədir. Ekspertin fikrincə, əgər Zelenski bu addımlardan geri çəkilməzsə, hər şeyi itirmək riski var.

Qeyd edək ki, daha əvvəl Volodimir Zelenski danışıqların uğursuz olacağı təqdirdə Ukrayna münaqişəsinin həlli üçün başqa yol tapılmalı olduğunu bəyan etmişdi.