BAKI, 9 noyabr. TELEQRAF
Şənbə günü ABŞ-də 5 mindən çox reys təxirə salınıb və ya ləğv edilib.
Teleqraf xəbər verir ki, bu barədə "FlightAware" məlumat yayıb.
4000-dən çox reysdə olan sərnişinlər gecikmələrlə üzləşib, mindən çoxu isə ləğv edilib. Bir gün əvvəl, noyabrın 7-də vəziyyət daha da ağır olub. Daha sonra 7000-dən çox reys gecikib, 1025-i ləğv edilib.
Federal hökumətin bağlanması ilə əlaqədar ABŞ administrasiyası noyabrın 7-dən etibarən ölkənin bir sıra böyük hava limanlarında hava hərəkətinə məhdudiyyətlər elan edib.
ABŞ hökuməti oktyabrın 1-də rəsmi olaraq bağlanıv.
ABŞ Prezidenti Donald Tramp Senatdakı partiya yoldaşlarını "filibuster" qaydasını ləğv edərək bağlanmaya son qoymağa çağırır.