BAKI, 7 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Özbəkistan növbəti üç il ərzində Amerika iqtisadiyyatına təxminən 35 milyard dollar həcmində investisiya qoyacaq və ABŞ məhsullarını alacaq.
Teleqraf xəbər verir ki, bu barədə Tramp "Truth Social" platformasında yazıb.
“ABŞ və Özbəkistan arasında inanılmaz ticarət-iqtisadi sazişi elan etməkdən məmnunam,” - o bildirib.
Trampın sözlərinə görə, bu investisiyalar faydalı qazıntılar, aviasiya, avtomobil hissələrinin istehsalı, infrastruktur, kənd təsərrüfatı, energetika, kimya sənayesi və informasiya texnologiyaları kimi mühüm sahələri əhatə edəcək. Prezident əlavə edib ki, gələcək on ildə bu rəqəm 100 milyard dollardan çox olacaq.
Tramp Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkür edib və ABŞ-nin “uzunmüddətli və məhsuldar münasibətlərə” sadiq olduğunu vurğulayıb.
Xatırladaq ki, Donald Tramp bir neçə gün əvvəl Ağ Evdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə görüş keçirmişdi.