BAKI, 1 noyabr. TELEQRAF
Türkiyənin İzmir şəhərinin Çeşmə və Səfərihisar sahillərində 42 qanunsuz miqrant saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.
Çeşmədə aparılan patrul zamanı şübhəli qayıq aşkarlanıb. Sahil Mühafizə Xidməti qayıqla müdaxilə edərək 4-ü uşaq olmaqla 30 miqrantı saxlayıb.
Səfərihisar sahilində isə daha bir qayıq dayandırılıb və 2-si uşaq olmaqla 7 miqrant saxlanılıb. Jandarma qüvvələri əlavə 5 nəfəri də quru sahədə müəyyən edib.
Eyni bölgədə mühərriki sıradan çıxan qayıqda olan 3-ü uşaq olmaqla 24 miqrant Sahil Mühafizə Xidməti tərəfindən xilas edilib.