BAKI, 28 oktyabr. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhərinin bir neçə rayonuna aviazərbələr endirib.

Teleqraf xəbər verir ki, aviabombalardan biri şəhərin şimalında yerləşən Əl-Şifa tibb mərkəzinə düşüb.

İsrailin Qəzzanın qərbində yerləşən Əl-Şati qaçqın düşərgəsinə də zərbə endirdiyi qeyd olunur.

Qeyd edək ki, bu gün axşam İsrailin Baş naziri Benyamin Netanyahu orduya Qəzza zolağına "dərhal və güclü zərbələr endirməyi” tapşırıb.