BAKI, 25 oktyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin həmişə həmkarlarına hörmətlə yanaşıb və heç bir dövlət başçısını alçaldıcı adlarla çağırmayıb.
Teleqraf xəbər verir ki, bunu TASS-a Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O qeyd edib ki, Putinin davranışı xüsusilə media və siyasi satira kontekstində nümunəvidir:
"Mənim üçün protokol və ədəb qaydaları baxımından misilsiz nümunə Prezident Vladimir Putindir. O, heç vaxt ən acınacaqlı dövlət başçısına belə alçaldıcı ad və ifadələrlə səslənməyib".
O əlavə edib ki, V. Putin digər dövlət başçıları haqqında hər zaman hörmətlə danışır, bəzən sərt olsa da, davranışında həmişə ehtiram var.