BAKI, 24 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsində atəşkəsə nail olmaq üçün həm Rusiyaya, həm də Ukraynaya təzyiq göstərməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitker "Newsmax" telekanalına müsahibəsində bildirib.

“Prezident Tramp Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərməyin yollarını araşdırır və, açıq desəm, eyni zamanda Volodimir Zelenskiyə də təzyiq göstərməyə davam edəcək ki, hər iki tərəf danışıqlar masasına əyləşərək atəşkəslə bağlı razılığa gəlsin”, - deyə Uitker vurğulayıb.

Diplomat qeyd edib ki, Tramp administrasiyasının əsas məqsədi münaqişəni diplomatik yolla dayandırmaq və tərəfləri birbaşa dialoqa gətirməkdir.