BAKI, 22 oktyabr. TELEQRAF
Kiyevdə oktyabrın 22-nə keçən gecə Rusiyanın həyata keçirdiyi kütləvi raket hücumu nəticəsində ikisi iki yaşlı uşaq olmaqla 13 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hazırda 4 böyük və 3 uşaq xəstəxanaya yerləşdirilib, digər yaralıların müalicəsi ambulator şəraitdə davam etdirilir.
"Düşmənin hücumu nəticəsində şəhərin bir neçə rayonunda partlayışlar qeydə alınıb, yaşayış binaları və infrastruktur obyektlərinə ziyan dəyib”, - Vitali Kliçko bildirib.
Hadisə yerlərində xilasetmə və təcili tibbi yardım xidmətləri fəaliyyətini davam etdirir.
***
09:33
Kiyevdə Rusiyanın həyata keçirdiyi kütləvi raket hücumu nəticəsində biri iki yaşlı uşaq olmaqla iki nəfər həlak olub, beş nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.
Onun sözlərinə görə, yaralıların hamısı, o cümlədən azyaşlı uşaq xəstəxanaya yerləşdirilib.
"Düşmənin hücumu nəticəsində 2 nəfər həlak olub, 5 nəfər yaralanıb. Hazırda hadisə yerində xilasetmə və təcili tibbi yardım xidmətləri fəaliyyət göstərir", - o qeyd edib.