BAKI, 20 oktyabr, TELEQRAF
Kolumbiya ABŞ-dəki səfirini geri çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Kolumbiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 16-da ABŞ-ın narkotik daşındığı deyilən qayığa zərbə endirməsindən sonra Kolumbiya Prezidenti Qustavo Petro Trampı vətəndaşı qətl etməkdə ittiham edib. Tramp isə Petronu “narkotik lideri” və “dəli” adlandırıb.