BAKI, 20 oktyabr. TELEQRAF

Prezident Emmanuel Makron Fransanın sabiq lideri Nikola Sarkozi ilə o, həbs olunmazdan əvvəl gizli görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə "Le Figaro" mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bir saatdan çox davam edən görüş Yelisey sarayında baş tutub və bu barədə ictimaiyyətə məlumat verilməyib. “Le Figaro”nun yazdığına görə, Makron məhkəmənin hökmünü şərh etməkdən çəkinib, lakin birinci instansiya məhkəməsinin hökmünə şübhə ilə yanaşıb.

Jurnalistlərin məlumatına görə, Fransa prezidenti vurğulayıb ki, indiki dövlət başçıları toxunulmazlıqdan istifadə edirlər, keçmiş prezidentlər isə belə hüquqa malik deyillər.