BAKI, 6 oktyabr. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edib.

Teleqraf xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Xarici işlər naziri Hakan Fidan 7 oktyabr 2025-ci ildə Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə toplantısından əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək və ikitərəfli görüşlər aparmaq məqsədilə 6-7 oktyabr 2025-ci il tarixlərində Azərbaycana səfərdə olacaq" - məlumatda qeyd edilib.