BAKI, 6 oktyabr. TELEQRAF

İsrailin Rusiyaya satdığı PUA əleyhinə müdafiə sistemi Ukraynanın hücumlarına ciddi problemlər yaradır.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin (UAF) Raqor alayının komandiri, general Oleq Qayt bildirib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri Ukraynaya məxsus pilotsuz təyyarələri daha tez-tez vurmağa başlayıblar: "Bu, İsrailin RADA radarlarını Rusiyaya satması ilə bağlıdır".