BAKI, 26 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Amerika bayrağına qarşı təhqiramiz hərəkətlər edən şəxsləri mühakimə etməyə icazə verən sərəncam imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

Sərəncamda qeyd edilir ki, Amerika bayrağı Birləşmiş Ştatlarının ən müqəddəs və əziz simvoludur. Məlumatda bayrağın təhqir edilməsi son dərəcə təhqiramiz və təxribatçı hadisə kimi qiymətləndirilir.

D.Tramp bayrağın yandırılmasının zorakılıq və iğtişaşlara səbəb ola biləcəyini də vurğulayıb. Prezident qeyd edib ki, qanunu pozanlar ölkənin simvolunu ləkələdiklərinə görə maksimum dərəcədə məsuliyyətə cəlb olunmalıdırlar.

Xüsusilə, Tramp bu cür hərəkətlərdə iştirak edən əcnəbilər üçün vizaların, yaşayış icazələrinin ləğvi barədə göstəriş verib.