BAKI, 14 avqust. TELEQRAF

ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem prezidentlər Vladimir Putin və Donald Trampın Alyaskada keçiriləcək görüşə qatılmayacağını bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

Senator Prezident Donald Trampı sammitdə yaxın müttəfiqi kimi müşayiət edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb. O bildirib: "Xeyr. Qorxuram ki, Putin məni özü ilə Rusiyaya aparar".

Xatırladaq ki, L.Qremin adı Rusiya Federasiyasının terrorçular və ekstremistlər siyahısına daxil edilib.