BAKI, 11 avqust. TELEQRAF

Tayvan ABŞ-dən daha 28 ədəd HIMARS reaktiv raket sistemləri almağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Taipei Times" saytı məlumat yayıb.

Tayvan daha öncə ABŞ-dən 29 ədəd HIMARS reaktiv raket sistemi alıb. Əgər bu dəfə də raket sistemləri alınsa, Tayvanın 57 HIMARS-ı olacaq.