BAKI, 8 avqust. TELEQRAF
Latviyanın keçmiş səhiyyə naziri Peteris Apinis ölkə sakinlərini fövqəladə hallar üçün strateji ehtiyatlar yaratmağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, TV24 telekanalının efirində bildirib.
Keçmiş nazirin tövsiyəsinə əsasən, evdən 10 m məsafədə “xilaskar çəllək” yerləşdirilməlidir. İçərisində uzunmüddətli saxlama məhsulları, su ehtiyatı, nağd pul, sənədlərin surətləri və qiymətli ailə əşyaları yerləşdiriləcək konteyner gəmiricilərə qarşı davamlı olmalıdır.
Sabiq nazir deyib: "Böhran zamanı bank kartları yararsız hala düşə bilər. Yaşamaq üçün vacib şeyləri, o cümlədən "nənədənqalma zinət əşyalarını" gizli bir yerdə saxlayın".