BAKI, 8 avqust. TELEQRAF

Yanğınsöndürənlər Fransanın cənubunda 17 min hektar ərazini bürümüş böyük meşə yanğınını lokallaşdıra biliblər.

Teleqraf xəbər verir ki, evakuasiya edilmiş yerli sakinlərə hələlik evlərinə qayıtmalarına icazə verilmir. Yanğınsöndürənlər ərazidə işlərini davam etdirirlər.

Ərazidə azı 25 yaşayış binası yanıb, 35 avtomobilə və elektrik enerjisinə ziyan dəyib. Yanğınlar zamanı azı bir nəfər ölüb.

Fransanın daxili işlər naziri Bryuno Retayo baş verən meşə yanğınını 1949-cu ildən bəri ən böyük yanğın adlandırıb.

Öz növbəsində Fransanın baş naziri Fransua Bayro baş verənləri “görünməmiş miqyaslı fəlakət” kimi qiymətləndirib.