BAKI, 8 avqust. TELEQRAF

Serbiyanın Daxili İşlər Nazirliyi İkinci Dünya müharibəsindən qalma aviabombanın yerdən götürülməsi və sonradan məhv edilməsi istiqamətində aparılan işlərlə əlaqədar avqustun 9-da Belqrad rayonlarından birinin sakinlərini müvəqqəti olaraq evlərini tərk etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Agentliyin məlumatına görə, mərmi daha əvvəl yaşayış kompleksinin tikinti meydançasında aşkar edilib.

Hökumət təxliyə imkanı olmayan vətəndaşlara “pəncərələri açmağı, jalüzləri endirməyi və pəncərələrdən uzaq durmağı” tövsiyə edir.

Bombanın tapıldığı yerin yaxınlığında saxlanılan avtomobillər axşam saat 22:00-a qədər köçürülməlidir.

Əks halda onlar ehtiyat parklanma yerlərinə təxliyə edəcəklər.