BAKI, 5 avqust. TELEQRAF
Litva hökuməti NATO-dan pilotsuz təyyarələr əleyhinə sistemlərin ölkə ərazisində yerləşdirilməsini xahiş edir.
Teleqraf xəbər verir ki, ölkənin müdafiə naziri Dovile Şakalene öz sosial şəbəkə hesabında belə yazıb.
Nazir bunu “Rusiya təhlükəsi səbəbi ilə" əlaqələndirib.
Baltik respublikasının müdafiə naziri qeyd edib: "Biz pilotsuz təyyarələrə qarşı sınaq sistemlərinin də yerləşdirilməsini istəyirik. Hadisələrin gedişinin dəyişdiyi bir zamanda onları sınaqdan keçirməyə hazırıq".