BAKI, 5 avqust. TELEQRAF
Avqustun 4-də Almaniyanın Yaponiyadakı səfirinin cənubi Kuril adaları barədə açıqlamasına görə Rusiya Almaniyanın Moskvadakı səfirliyinə etiraz bəyanatı təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya tərəfi Cənubi Kuril adalarının İkinci Dünya müharibəsindən sonra qanuni olaraq Rusiyaya keçdiyini vurğulayıb. Onların üzərində Rusiyanın suverenliyi danılmazdır.
Alman tərəfinə məlumat verilib ki, kökləri İkinci Dünya müharibəsinin nəticələrinin revanşist şərhində olan rəsmi Tokionun hüquqi etibarsız ərazi iddiaları ilə həmrəylik xüsusilə mütərəqqi bəşəriyyətin Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümünü qeyd etdiyi bir ildə yolverilməzdir.