BAKI, 9 iyul. TELEQRAF

Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin binası qarşısında Rusiya telekanallarının yayımının dayandırılması tələbi ilə etiraz aksiyası keçirilib.

Teleqraf xəbər verir ki, aksiyanın təşkilatçısı “Respublika Naminə” fraksiyası olub.

Fraksiyanın sədri Arman Babacanyan bildirib ki, bu telekanallar Ermənistanı hibrid müharibənin tərkib hissəsi adlandıraraq təhqir edir.

Onun sözlərinə görə, Rusiyanın siyasəti Ermənistanın dövlətçiliyini aradan qaldırmağa yönəlib.

Partiyanın sədr müavini Ruben Mehrabyan da “Sputnik Ermənistan”ın fəaliyyətini qadağan etməyə çağırıb.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts da Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılmasının tərəfdarı olduğunu bildirib.

Onun sözlərinə görə, bu telekanallar tərəfindən yayılan məzmun Ermənistanın təhlükəsizliyinə təhdid yaradır.

Etirazçılar "Düşmən dalğalarına yox”, “Rus nifrət nitqinə yox”, “Rus təbliğatına yox”, “Rus zəhərinə yox”, “Rusiya, sus” kimi şüarlar səsləndiriblər.