BAKI, 3 iyul. TELEQRAF
Bali (İndoneziya) sahillərində bərənin batması nəticəsində ölənlər var.
Bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.
Agentliyin məlumatına görə, 23 nəfər xilas edilib, daha 4 nəfər isə ölüb.
***
04:32
Bali adaları yaxınlığında bərə batıb.
Teleqraf xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilir ki, qəza nəticəsində, ən azı, 61 nəfər itkin düşüb.