BAKI, 3 iyul. TELEQRAF

90 illik yubileyi ərəfəsində Dalay Lama XIV Tenzin Qyatso ölümündən sonra yenidən doğulmaq niyyətində olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o öz saytında məlumat verib.

O bildirib ki, "Tibet buddizm ənənələrinin yüksək lamaları, Tibet ictimaiyyəti və Tibet Buddizmini etiqad edən digər maraqlı insanlarla" yenidən doğulması və bundan sonra Dalay Lama institutuna ehtiyacın olub-olmaması barədə məsləhətləşməyi düşünür.

Dalay Lamanın sözlərinə görə, son 14 il ərzində o, bu məsələnin müsbət həlli üçün çoxsaylı müraciətlər alıb və sözügedən təsisatın bundan sonra da fəaliyyət göstərəcəyinə inanır.