BAKI, 17 iyun. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron İranda rejimin hərbi yolla dəyişdirilməsi cəhdini "böyük səhv" adlandırıb.

Teleqraf xəbər verir ki, Kanadada keçirilən G7 sammitindən sonra jurnalistlərə açıqlamasında Makron deyib: "Fransa İranda rejim dəyişikliyi ideyasını qətiyyən dəstəkləmir. Çünki sonra nə baş verəcəyi məlum deyil. İndi ən böyük səhv İrandakı rejimi hərbi yolla dəyişməyə çalışmaq olardı. İranla danışıqlar bərpa olunmalıdır".