BAKI, 31 may. TELEQRAF

Rusiya Qara dəniz donanması üçün yeni maddi-texniki təminat bazası Gürcüstanın işğal altındakı Abxaziya regionunda yaradılacaq.

Teleqraf xəbər verir ki, bu barədə qondarma rejimin rəhbəri Badra Qunba bildirib.

Onun sözlərinə görə, burada tammiqyaslı hərbi-dəniz bazası yaradılmayacaq. Bunun əvəzinə donanmanın ehtiyaclarını təmin edəcək texniki dəstək mərkəzi fəaliyyət göstərəcək.

“Rusiyanın hərbi-dəniz bazası kimi bir obyektin tikintisi nəzərdə tutulmur. Amma Abxaziyada Qara dəniz donanması üçün texniki təminat bazası qurulacaq,”- o qeyd edib.

O əlavə edib ki, bu layihə Rusiya və Abxaziya arasında hərbi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.