BAKI, 1 oktyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin qaz təchizatı ilə bağlı müxtəlif ssenariləri nəzərdən keçirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, brifinqdə danışıb.
Rusiya qazının qiymətinin mümkün artımı məsələsinə toxunan Paşinyan hələlik belə bir siqnalın olmadığını qeyd edib:
“Hazırda bu barədə heç bir siqnal yoxdur, ona görə də məsələni müzakirə etməyi lazımsız hesab edirəm. Belə olarsa, o zaman müzakirə edəcəyik. Vəziyyəti necə idarə edəcəyimizi düşünürükmü? Bəli, çünki bu, yeni deyil”.
Baş nazir Ermənistanın 2018-ci ildən bəri hər il bu vəziyyətlə üzləşdiyini, çünki daim sualların yarandığını vurğulayıb.
Paşinyanın sözlərinə görə, təkcə bu məsələ ilə bağlı deyil, digər məsələlərlə bağlı da müxtəlif ssenarilər nəzərdən keçirilir: “Hazırda belə bir şey yoxdur”.