BAKI, 1 oktyabr. TELEQRAF

"Kəmər və yol" layihəsi, o cümlədən Orta Dəhliz qlobal əməkdaşlığın mühüm amilləri kimi çıxış edir.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı təbrik məktubunda qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bu istiqamətdə həyata keçirilən təşəbbüslərə davamlı dəstək göstərir:

"Təşəbbüskarı olduğunuz və Azərbaycanın da daim dəstək verdiyi "Kəmər və yol" layihəsi, o cümlədən Orta Dəhliz və Mərkəzi Asiya ölkələri ilə birlikdə həyata keçirilən digər bağlantı layihələri qlobal əməkdaşlığın mühüm amilləri olaraq çıxış edir".