BAKI, 1 oktyabr. TELEQRAF

Media artıq icmaları bir-birinə birləşdirən, ictimai fikri formalaşdıran vasitələrdən biridir.

Teleqraf xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Federal Təhsil və Peşəkar Təlim üzrə Dövlət naziri Vəciha Qamar Bakıda keçirilən "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda Media Forumunda ikinci panel sessiyada deyib.

O bildirib ki, media fərqli fikirlərdə vəhdət formalaşdırır.

"Cəmiyyətlərimiz media vasitəsilə ilə birləşə bilər. Təhrif olunmuş məlumatlar isə bizi bir-birimizdən uzaqlaşdıra bilər. Media təsir prosesinin, rəqəmsal uçurumun aradan qaldırılması üçün əsas vasitəyə çevrilməlidir. Sosial mediadan boşuna istifadə etməməliyik. Bizə çox ciddi və daha güclü peşə standartlarının lazımdır. İnsanlar arasında məsuliyyəti daha da artırmaq lazımdır.
AQEM kimi təşkilatların bizə həvalə etdiyi ünsiyyət platforması çox böyükdür. Dilindən, dinindən, yaşadığı yerdən asılı olmayaraq insanları bir araya gətirməliyik", - o vurğulayıb.

Vəciha Qamar vurğulayıb ki, tələbələr, gənc jurnalistlər, rəqəmsal kontent yaradan şəxslərin rolu xüsusi qeyd edilməlidir: "Onlar yaradıcı şəxslərdir. Jurnalistlər, maarifçilər və rəqəmsal kontent yaradan gəncləri bir araya gətirməliyik. Onlar fikir və mübadilə təcrübəsi aparsınlar. Səylərimizi kollektiv şəkildə gücləndirməliyik. Ortaq məsuliyyət mədəniyyəti media vasitəsilə tətbiq edilə bilər. Medianın əhəmiyyəti danılmaz və qaçılmazdır. Yayımlanan hər bir məlumatın arxasında məsuliyyət olmalıdır. Etimadı zorla yeritmək olmaz, etimad qazanılır".