BAKI, 1 oktyabr. TELEQRAF
Risk texnologiyaların özündə deyil, materialın mənbəyindədir.
Teleqraf xəbər verir ki, bunu İordaniya Haşimilər Krallığının Hökumət Kommunikasiya Nazirliyinin Baş katibi Dr. Zeyd Əl-Nəvaysə Bakıda keçirilən "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda Media Forumunda ikinci panel sessiyada deyib.
O bildirib ki, texnologiya risk deyil, həyatımızın bir hissəsidir.
"Məlumatın yayılmasında əsas seçim dəqiqlik üzərində olmalıdır. Sürət ikinci dərəcədir. Rəqəmsal bir xaosun qarşısındayıq. İnformasiyanı yaymazdan əvvəl onu ciddi şəkildə redaktə etməliyik", - o vurğulayıb.
Zeyd Əl-Nəvaysə əlavə edib ki, rəsmi, dəqiq informasiya xəbərlərini saxta informasiya qarşısında daha güclü etmək və insanlara daha çox çatması barədə düşünməliyik: "Bu qarşımızda duran əsas məsələlərdəndir. İnsanları informasiyanın mənbəyini müəyyənləşdirməyə, saxta məlumatları seçməyə həvəsləndirməliyik. Alqoritmin necə işlədiyini bilmək lazımdır. Süni zəka ilə yardılmış kontentlə işləməyi öyrənməliyik və genişləndirməliyik. İnsan redaktəsi mütləqdir. Medianın əsas missiyası bütün cəmiyyət üzvlərinə qaneedici olmalıdır. Böhranlara münasibətdə medianın rolu daha da artır, belə şəraitdə məlumatları dəqiq çatdırmaq lazımdır.