BAKI, 1 oktyabr. TELEQRAF

Ermənistan hökuməti müdafiə xərclərinin 47 milyard dram artırılmasını və bununla da 613 milyard drama çatdırılmasını nəzərdə tutan “Ermənistan Respublikasının 2027-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsini təsdiqləyib.

Teleqraf xəbər verir ki, qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında verilib.

İclas Baş nazir Nikol Paşinyanın sədrliyi ilə baş tutub.