BAKI, 1 oktyabr. TELEQRAF

Keyfiyyətli və etibarlı kontentə diqqət artırılmalıdır.

Teleqraf xəbər verir ki, bunu Özbəkistan Prezidenti Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent İstehsalı Mərkəzinin direktoru Kobuljon Akhmedov Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunda bildirib.

O qeyd edib ki, müasir dünyada müxtəlif regionlarda insanlar arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin gücləndirilməsi vacibdir:

“Keyfiyyətli və etibarlı kontentə diqqət artırılmalıdır. Özbəkistanda kontent istehsalının inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilir və bu sahədə media əməkdaşlığının genişləndirilməsi nəzərdə tutulur”.