BAKI, 1 oktyabr. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çini Milli Günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
"Çin Xalq Respublikasının xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Milli Günün mübarək, Çin!" - paylaşımda qeyd olunub.