BAKI, 4 may. TELEQRAF
İranda elektrik stansiyalarından birində güclü partlayış baş verib.
Teleqraf xəbər verir ki, bu barədə “Military Observer” Telegram kanalı məlumat yayıb.
Yerli sakinlər partlayışdan əvvəl təyyarələrin səsini eşitdiklərini bildiriblər.
Cursorinfo.co.il saytı isə yazıb ki, hadisə Tehranın qərbindəki Kərəc şəhərində baş verib. Qeyri-rəsmi məlumatlara görə, SEPAH-ın “Şoht-e-Pur” kimi tanınan logistik bazasına hücum edilib.
İran rəsmiləri dəyən ziyanın mahiyyəti və hər hansı itki barədə məlumat verməyib.