BAKI, 8 avqust. TELEQRAF

Vaşinqton sammitində əldə olunan razılaşmaların birinci ildönümündə sülhə doğru bu tarixi addımı atan liderlərin siyasi iradəsini yüksək qiymətləndiririk.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda deyilir.

Bildirilib ki, davamlı dialoq və əməkdaşlıq gələcək nəsillər üçün təhlükəsiz və firavan regionun qurulması baxımından vacibdir:

"Böyük Britaniya uzunmüddətli və davamlı sülhə nail olmaq üçün göstərilən səyləri dəstəkləməyə davam edəcək".