XOCAVƏND, 8 avqust. TELEQRAF

Xocavənd rayonunda traktor minaya düşüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gün rayonun Qızlqaya kəndində baş verib.

E.Abbasovun idarə etdiyi buldozer iş görərkən minaya düşüb. Partlayış nəticəsində traktorçu xəsarət almayıb, texnikaya ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.