BAKI, 13 aprel. TELEQRAF

Türkiyənin bəzi bölgələrində son üç gündə 30 ilin ən şiddətli şaxtaları yaşanıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaqlı sosial şəbəkə hesabında yazıb.

O bildirib: "Son üç gündə bəzi yerlərdə havanın temperaturu mənfi 15 dərəcəyə enib, bəzi rayonlarda isə son 30 ilin ən aşağı temperaturu qeydə alınıb”.

İ.Yumaqlı əlavə edib ki, əlverişsiz hava şəraiti kənd təsərrüfatına ziyan vurub. Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən son günlər istehsalçılara yardımlar edilib və bundan sonra da dəstək olacaq.