BAKI, 15 aprel. TELEQRAF

2025-ci ilin yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq 20690,7 milyon manat olub.

Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı hesbatına görə, əhalinin gəlirləri hər nəfərə orta hesabla 2022,6 manat olub.

Əhalinin sərəncamında qalan gəlirləri 18085,4 milyon manat təşkil edib.