BAKI, 15 aprel. TELEQRAF

Ukrayna cəbhəsində baş verənlər Rusiya lideri Vladimir Putinin planına uyğun gedir.

Teleqraf xəbər verir ki, bu barədə "CNN"in analitik materialında deyilir.

Amerikalı analitiklər hesab edirlər ki, Rusiya vaxt qazanmaq üçün diplomatik vəziyyəti qəsdən qarışdırır:

“Putin diqqəti yayındırmaq üçün Trampın yumşaq yanaşmalarından istifadə edir və onun sərt tədbirlər görməyəcəyindən arxayındır. Rusiya lideri bu yay müharibənin gedişatını öz xeyrinə çevirəcəyini gözləyir.

Həqiqət məqamı yaxınlaşır. Rusiya tam qələbə gözləyir və münaqişənin dondurulmasında maraqlı deyil. Şərtlər getdikcə onun xeyrinə formalaşır: (ABŞ-dən) Qərbə iqtisadi təzyiq, Ukraynanın resurs çatışmazlığı və diplomatik qeyri-müəyyənlik - bütün bunlar Moskvanın xeyrinə işləyir.

Bu arada diplomatik “təkər” fırlanmaqda davam edir və sülhə gedən yolları qarışdırır. Putin əmindir ki, ABŞ-dən ciddi cəza olmayacaq”.