​BAKI, 15 aprel. TELEQRAF

Nazirlər Kabineti “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”na dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yen qərar imzalayıb.

Qərara əsasən, bu sahələrin məqsədli təyinatının dəyişdirilməsi artıq yeni qaydalara uyğun həyata keçiriləcək.

Belə ki, yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin təyinatının dəyişdirilməsi bundan sonra Prezidentin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na uyğun olaraq, Nazirlər Kabinetinin qərarı ilə reallaşdırılacaq.