
BAKI, 15 aprel. TELEQRAF
"Bakıdakı döyüşü səbirsizliklə gözləyirəm".
Teleqraf xəbər verir ki, bunu qadınlar arasında ən yüngül çəki dərəcəsində hazırkı UFC çempionu İrina Alekseyeva Bakıda keçiriləcək turnirlə bağlı "MMA.Metaratings.ru" saytına açıqlamasında deyib.
35 yaşlı idmançı turnirin rusiyalı döyüşçülər üçün əlavə məsuliyyət daşıyacağını bildirib: "Əlbəttə, yarışın vətənimizdən çox da uzaqda keçirilməməsinə sevinirəm. Rusiyalı döyüşçülər üçün Bakıdakı qarşılaşmalar əlavə məsuliyyət daşıyacaq, çünki dost MDB ölkələrindən olan azarkeşlər bizə həmyerlilərimiz qədər dəstək olacaqlar. Azərbaycandakı turnirin böyük üstünlüyü ondan ibarətdir ki, uzun məsafəli uçuş qət etməyəcəyik".
Alekseyeva Bakıya ilk dəfə səfər edəcəyini söyləyib: "Amma inanıram ki, möhtəşəm çıxış edərək, qalib gəlsəm, Azərbaycanda azarkeş bazam yaranacaq".
Alekseyevanın rəqibi polşalı Klaudiya Sıqula olacaq. Rusiyalının aktivində 5 qələbə və 2 məğlubiyyət, polşalının isə 6 qələbə və 2 məğlubiyyəti var.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə məşhur UFC turniri iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Döyüş gecəsini UFC təşkilatı, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti birlikdə təşkil edəcək.