BAKI, 13 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp fiziki və zehni cəhətdən dövlət başçısı vəzifəsini yerinə yetirməyə qadirdir.

Teleqraf xəbər verir ki, bu barədə nəticəni Amerika liderinin həkimi Şon Barbabella yazıb.

Sənədi Ağ Evin mətbuat katibi Kerolayn Levit sosial şəbəkəsindəki səhifəsində dərc edib.

Tibbi sənəddə deyilir: "Prezident Tramp əla zehni və fiziki sağlamlıq nümayiş etdirir və baş komandan, dövlət başçısı kimi xidmət etməyə tamamilə qadirdir".

Trampın ürəyi, ağciyərləri və sinir sisteminin yaxşı göstəricilərə malik olduğu vurğulanıb. Amerika liderinin ümumi fiziki funksiyası da normaldır.

Həkim bu nəticələri Trampın aktiv həyat tərzi ilə bağlayıb. O vurğulayıb: "Prezident Trampın günləri çoxsaylı görüşlərdə iştirak etmək, ictimai çıxışlar etmək, mətbuatı məlumatlandırmaq və tez-tez qolf turnirlərində qalib gəlməklə keçir".