BAKI, 11 aprel. TELEQRAF

Prezident Ərdoğan 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyədə səfərdə olan Suriya prezidenti Əhməd Şaraa ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə "TRT" kanalı məlumat yayıb.

Görüşdə Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani, Türkiyənin xarici işlər naziri Hakan Fidan və enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar da iştirak edib.

Məlumata görə, Ərdoğanın qaldığı oteldə keçirilən görüş mətbuata qapalı keçirilib. Görüşdə Türkiyə ilə Suriya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı Türkiyənin Suriyada xaosun yenidən baş verməsini istəyənlərə fürsət verilməməsini alqışladığını və qarşıdakı illərin Suriyada sabitlik, firavanlıq və sülh illəri olacağını bildirib.

Prezident Ərdoğan Türkiyənin Suriyaya qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması üçün diplomatik səylərini davam etdirəcəyini, Suriya ilə ticarət və iqtisadi əməkdaşlığın canlandırılması üçün səylərin artırılması lazım olduğunu bundan başqa digər sahələrdə atılacaq addımların qiymətləndirilə biləcəyini bildirib.