BAKI, 11 aprel. TELEQRAF
İran və ABŞ gələcək danışıqların çərçivəsi və forması barədə razılığa gələ bilərlər.
Teleqraf xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali açıqlama verib.
Onun sözlərinə görə, İran və ABŞ nümayəndə heyətləri şənbə günü Omanda keçiriləcək görüşdə əvvəlcə gələcək danışıqların çərçivə və forması barədə razılığa gələ, sonra isə müzakirə olunacaq vəzifələr və məsələlər barədə qərar verə bilərlər.
Bu danışıqların təfərrüatları ilə bağlı dəqiq məlumata malik olmadığını vurğulayan Cəlali, “Bu, ilk görüş olacaq və yəqin ki, əvvəlcə danışıqların formatı ilə bağlı razılığa gələcəklər, sonra hədəfləri dəqiqləşdirəcəklər” deyib.