BAKI, 23 iyun. TELEQRAF
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ukrayna və Avropada baş verən hadisələrin ekstremizm və zorakılıq üçün münbit şərait yaratdığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Sergey Şoyqu Nyu-Dehlidə BRİKS ölkələrinin təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli nümayəndələrinin iclasında çıxışı zamanı danışıb.
O qeyd edib ki, hazırkı proseslər nasizmin milyonlarla qurbanının xatirəsini təhqir etməklə yanaşı, millətlərarası nifrəti də körükləyir.
Rusiya rəsmisi nasizmin və terrorizmin reabilitasiyasına yönəlmiş istənilən cəhdlərin qarşısının alınmasını beynəlxalq ictimaiyyətin ümumi vəzifəsi adlandırıb.