BAKI, 10 aprel. TELEQRAF

Çin Vaşinqton və Pekin arasındakı ticarət müharibəsi fonunda ABŞ filmlərinin nümayişini azaltmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Çin Dövlət Kino İdarəsi məlumat verib.

"ABŞ hökumətinin Çin Xalq Respublikasına qarşı gömrük rüsumlarından sui-istifadə etməsi, Çin tamaşaçılarının ABŞ filmlərinə olan marağının daha da azalmasına səbəb olacaq", - deyə qurumun bəyanatında qeyd olunur.

Qeyd olunub ki, bazar qaydalarına uyğun olaraq, izləyicilərin seçimlərinə hörmət olunacaq və ABŞ filmlərinin idxalı mülayim şəkildə azaldılacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Çinin məhsullarına tətbiq olunan tarifləri 125%-ə qədər artırmaq barədə bəyanat verib.

Çin hökuməti isə aprel tarixində ABŞ-dən idxal olunan məhsullara əlavə gömrük rüsumlarını 84%-ə qaldıracağını açıqlayıb. Bu addım Vaşinqtonun fəaliyyətlərinə cavab olaraq atılıb.