BAKI, 13 noyabr. TELEQRAF

İlin sonunadək “Azəri-Çıraq-Günəşli (AÇG)” yatağında hasilatın azalma tempinin 0 faizə endirilməsi hədəflənir.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov “AÇG-də hasilata dəstək: Yeni yanaşmalar və texnologiyalar” tədbirində deyib.

“AÇG-nin tarixinə nəzər salsanız, görərik ki, 2026–2027-ci illər dövründə buna nail ola bilsək, bu, ən böyük nailiyyətlərdən biri ola bilər”, deyə o qeyd edib.