BAKI, 13 noyabr. TELEQRAF

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettinonun İngiltərənin “Mançester Yunayted” klubu ilə müqavilə imzalayacağı tarix dəqiqləşib.

Teleqraf “Sky Sports”a istinadən xəbər verir ki, 54 yaşlı argentinalı mütəxəssis gələn cümə axşamı, yəni noyabrın 19-da Mançesterə yollanaraq klubla anlaşma imzalayacaq.

Onun “Mançester Yunayted”lə 2029-cu ilin iyun ayınadək anlaşacağı gözlənilir. Poçettino ABŞ millisinin Haiti ilə son iki oyunundan sonra İngiltərəyə gələcək. O, yeni komandasında debütünü üç gün sonra “Liverpul”la qarşılaşmada edə bilər.

Qeyd edək ki, “Mançester Yunayted” argentinalı mütəxəssisin ABŞ Futbol Federasiyası ilə 2030-cu ilədək qüvvədə olan müqaviləsinə xitam verilməsi üçün təxminən 9 milyon avro ödəyəcək.