​BAKI, 6 aprel. TELEQRAF

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri bildirib ki, ölkə istənilən təhlükəyə bütün gücü ilə cavab verməyə tam hazırdır.

Teleqraf "Mehr" agentliyinə istinadən xəbər verir ki, Baqiri İranın regionda sülh və təhlükəsizliyin bərqərar olmasına çalışdığını deyib.

"Bütün səylərimiz çəkindirmə, effektiv müdafiə, davamlı təhlükəsizlik, sabitlik və sülhə yönəldilməlidir", - o vurğulayıb.

İran və ABŞ arasında ölkənin nüvə proqramı ilə bağlı danışıqları şərh edən general qeyd edib ki, İran birbaşa danışıqlar aparmayacaq, lakin dolayı yolla ABŞ ilə nüvə danışıqlarını bərpa etməyə hazırdır.

“ABŞ əvvəlki danışıqlarda İranın nüvə müzakirələrində ən böhtançı və yalançı tərəf olub”, - Baqiri bildirib.