BAKI, 8 aprel. TELEQRAF

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandasının aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Teleqraf xəbər verir ki, yığma komanda aprelin 13-dən 20-dək Moldovanın paytaxtı Kişineuda UEFA İnkişaf Turnirində iştirak edəcək.

U-17 turnirdə Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.

Bakıda baş tutacaq təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısı və UEFA İnkişaf Turnirindəki oyunların təqvimi ilə tanış ola bilərsiniz:

S.
Ad / Soyad
Klub
1
Rauf Əyyubov
Sabah
2
Nurəziz Əzizov
Neftçi
3
Kamil Həsənov
Marcet (İspaniya)
4
Rəşad Gülüşov
Vətən
5
Uğur Qurbanlı
Qarabağ
6
Toğrul Mehdizadə
Vətən
7
Səttar Tahirzadə
Marcet (İspaniya)
8
Muhamməd Çodarov
Marcet (İspaniya)
9
İsmayıl Səfərli
Neftçi
10
Amin Rzayev
Qarabağ
11
Sahib Xəlilli
Neftçi
12
Allahverdi Şirinov
Qəbələ
13
Nihad Cəfərzadə
Sabah
14
Ramin Abiyev
Neftçi
15
Sübhan Rzayev
Qəbələ
16
Nihad Hüseynzadə
Sabah
17
Adnan Bunyatov
Marcet (İspaniya)
18
Əli Bəşirov
Qarabağ
19
Onur Əliyev
Qarabağ
20
Samir Şərifov
Vətən
21
Pünhan Kərimov
Marcet (İspaniya)
22
Nicat Kərimov
Vətən

14 aprel

15:30. Moldova – Azərbaycan

“Zimbru” stadionu

16 aprel

12:00. Azərbaycan – Gürcüstan

Moldova Futbol Federasiyasının Texniki Mərkəzi

19 aprel

12:00. Estoniya – Azərbaycan

Moldova Futbol Federasiyasının Texniki Mərkəzi